Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin fəaliyyət istiqamətləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– ədliyyə sahəsində strateji planlaşdırmanı həyata keçirir;
– nazirliyin sisteminə daxil olan qurumların işinin təşkili məsələləri ilə bağlı tədbirlər görür və onların fəaliyyətini əlaqələndirir;
– nazirliyin kollegiyasının işini təşkil edir;
– nazirliyin sistemində daxili nəzarəti həyata keçirir, o cümlədən xidməti yoxlama, təftiş və monitorinqlər aparır, habelə korrupsiya hüquqpozmaları ilə bağlı müraciətləri araşdırır;
– nazirliyin fəaliyyəti ilə bağlı analitik iş aparır, ədliyyə və məhkəmə statistikasını ümumiləşdirir;
– regional ədliyyə idarələri, məhkəmələrlə iş aparır və fəaliyyətini Məhkəmə-Hüquq Şurası ilə əlaqələndirir;
– Bu Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.