Yardımçı kənd təsərrüfatı şöbəsinin rəisi əmək və istehsalat intizamına işçilər tərəfindən əməl olunmasına nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yardımçı kənd təsərrüfatı şöbəsinin rəisi əmək mühafizəsinin norma və qaydalarının yerinə yetirilməsini təmin edir. Kadrların hazırlanmasının və ixtisasların artmasının təşkilində iştirak edir. Fəhlələrə mənzil-məişət xidmətlərinin göstərilməsini təşkil edir. Kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.
Yardımçı kənd təsərrüfatı şöbəsinin rəisi yardımçı kənd təssərrüfatının istehsalat-təsərrüfat fəaliyyətinə aid müvafiq icra hakmiyyəti orqanlarının qərar bilməlidir.