Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi istehsalat zədələrinin, peşə xəstəliklərinin təftişində və təhlilində, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində, həmçinin əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının möhkəmləndirilməsi məsələlərinə dair kollektiv müqavilənin bölmələrinin tərtibində iştirak edir. Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi struktur bölmələrin, əməyin təhlükəsizliyi məsələləri üzrə, fəaliyyətini istiqamətləndirir. Fərli və kollektiv mühafizə vasitələrinin, texnoloji və quraşdırıcı ləvazimatların tətbiqinə və vəziyyətinə, istehsalat sahələrinin təhlükəsizlik plakatları və işarələri ilə işçilərin təlimat və tədris üzrə proqramlarla təmin olunmasına nəzarət edir. İşlərin icrası üzrə texnoloji xəritələrin, əməyin təhlükəsizliyi layihələrinin dolğunluğuna və kefiyyətinə nəzarət edir. Əməyin mühafizəsi üzrə kabinetin işini və əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə tədbirlərin müsahibə, sərgilərin, fotovitrinlərin, stendlərin qurulması, qaydaların, təlimatların, yaddaşların yayılması, kinofilmlərin nümayişi və i.a yollarla təbliğatını təşkil edir. Hər il işçilərin, əməyin təhlükəsiz üsul və qaydaları üzrə biliklərinin vaxtında yoxlanılmasına nəzarət edir. Həmkarlar təşkilatı tərəfindən yaradılmış, mühəndis-texniki işçilərin əməyin mühafizəsinin norma və qaydaları haqqında biliklərinin yoxlanması üzrə, komissiyalarda iştirak edir. Tikintidə tələbələrin, peşə təhsili müəssisələrinin müdavimlərinin təcrübə keçməsi və təhlükəsizlik texnikasına riayət olunmasının təmin edilməsinə nəzarət edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə tibb müəssisələri, elmi-tədqiqat institutları və digər təşkilatlarla əlaqə yaradır və onların tövsiyyələrinin tətbiqinə dair tədbirlər görür. Şöbənin işçilərinə rəhbərlik edir və tikinti təşkilatının müvafiq xidmət bölmələrinə metodiki rəhbərliyi həyata keçirir.