Bina yaxud qurğunun əsasla birgə işi nəzərə alınaraq konstruksiyalar qruntların batmasından və onların fiziki-mexaniki xassələrinin dəyişməsindən yaranan təsirlərə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Əsas ilə bünövrənin kontaktında təsir edən normal və toxunan gərginliklərin qiymətlərindən asılı olaraq, əsasın modelinin aşağıdakı şəkildə qəbul edilməsinə yol verilir:

  1. a) xətti-elastiki sistemlər;
  2. b) qruntun stabilləşmə vəziyyətində əsasda deformasiyalar və yüklər arasında qeyri-xətti əlaqəni, yükləndikdə və yükdən azad olunduqda əsasın deformasiya xüsusiyyətlərinin müxtəlifliyini və bünövrə ilə əsasın arasındakı kontaktın pozulmasını əks etdirən qeyri-xətti elastiki sistemlər;
  3. c) tikinti müddətində və istismar dövrlərində (qruntun stabilləşmədiyi vəziyyətdə) zamanın müxtəlif vaxtlarında əsasın deformasiya xassələrini əks etdirən reoloji sistemlər.

Əsasın bünövrə ilə kontaktında deformasiya xassələrinin əlavə əsasın sıxılmada – C sərtlik əmsallarından biri, üfüqi və şaquli deformasiyalar eyni vaxtda nəzərə alındıqda isə əlavə üfüqi yerdəyişmədə əsasın – G sərtlik əmsalı tətbiq edilməklə müəyyən olunmasına yol verilir.