Tikinti və quraşdırma işləri üzrə usta fəhlələrin əmək mühafizəsi üzrə təlimatlara, istehsalat və əmək intizamına əməl etməsinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti və quraşdırma işləri üzrə usta sahənin təsərrüfat fəaliyyətini təhlil edir, nəzərdə tutulmuş fondların xərclənməsinə nəzarət edir. Əməyin qabaqcıl metod və üsullarının tətbiqinə şərait yaradır. Kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir. Fəhlələrin ixtisasının artmasına və peşəkarlığının yüksəldilməsinə şərait yaradır. Kollektivdə tərbiyəvi iş aparır, fərqlənək fəhlələrin müvafiq fondlardan (o cümlədən ustanın fondundan) müəyyən olunmuş qaydada mükafatlandırılmasını təşkil edir.
Tikinti və quraşdırma işləri üzrə usta tikinti sahəsinin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədləri; tikinti istehsalatının təşkili və texnologiyasını; tikilməkdə olan obyektlərin smeta-layihə sənədlərni; tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid olan tikinti norma və qaydalarını, texniki şərtləri; briqada və sahələrin təsərrüfat hesabının metodlarını; iqtisadiyyatın, habelə əməyin və idarəetmənin təşkilinin əsaslarını, sahədə görüləsi işlərin planlaşdırma prinsiplərini; vahid norma və qiymətləri; fəhlələrin əmək haqqının ödənilməsinə aid növbədə olan əsasnamələri; istifadə olunan tikinti maşınlarının, mexanikləşdirilmiş alətlərin, cihazların texniki xarakteristikalarını; tikinti istehsalatının və əməyin elmi təşkilinə aid mütərəqqi təcrübələri; qanunvericiliyin əsaslarını; əməyik mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.