Ağdamda icra nümayəndəsi yol qəzasında ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu idarə etdiyi 02-BR-360 dövlət nömrə nişanlı, “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.
Məlum olub ki, Fərrux Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.