Obyektin işlənilməsi obyektə təsir edən müxtəlif təyinatlı yeraltı qurğuların tikintisi və ya faydalı qazıntıların çıxarılması məqsədilə qapalı yeraltı dağ-mədən qazmalarının və buruq quyularının qurulmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazi yeraltı dağ-mədən işlərinin aparılması nəticəsində qeyri-bərabər çökmə və ya bina və ya qurğunun qrunt əsasının yerdəyişməsi yarana bilən ərazidir. Uçqun qaya qruntların qopması, düşməsi, rəqsli hərəkəti və aşmasıdır.