Kombinə edilmiş konstruktiv sxem üzrə layihələndirmədə zəruri olduqda nələr edilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Kombinə edilmiş konstruktiv sxem üzrə layihələndirmədə zəruri olduqda yeraltı və yerüstü hissələrin müxtəlif konstruktiv sxemlərindən istifadə etməklə sərt və təsirə tabeli sxemlər üzrə aşağıdakı tədbirlərin uyğunluğu nəzərə alınmalıdır:
– təsirə tabeli konstruktiv sxem üzrə layihələndirilməsi nəzərdə tutulan bina və qurğular üçün əsasən, sərt konstruktiv sxemlərə uyğun bünövrələrin verilməsi;
– sərt konstruktiv sxem üzrə layihələndirilməsi nəzərdə tutulan çoxmərtəbəli bina və qurğular üçün bir sıra hallarda təsirə tabeli konstruktiv sxem üzrə yeraltı hissəsinin bünövrələrinin verilməsi;
Sərt konstruktiv sxem üzrə layihələndirilməsi nəzərdə tutulan bina və qurğuların hissələri mümkün qeyri-bərabər batma deformasiyalarına hesablanmalıdır.