Ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) nəqliyyat şöbəsinin rəisi material-texniki ehtiyatlara (ehtiyat hissələri, yanacaq sürtgü və digər materiallar) üzrə hesablamalar aparılır onlar üzrə sifarişlərin tərtib edilmə-sində iştirak edir və istifadə olunmasına nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) nəqliyyat şöbəsinin rəisi plan xəbərdaredici təmir qrafiklərinin tərtib edilməsi və yerinə yetirilməsinə nəzarət edir. Avtonəqliyyatın texniki xidmət və təmirinin planlaşdırmasını və təşkilini, nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə sifarişlərin tərtibini, habelə əsaslı təmir üzrə limitlərin realizasiyasında nəzarəti yerinə yetirir. Yüksək istehsalat intizamına riayət edilməsini təmin edir. Əməyin mühafizəsi və nəqliyyatın təhlükəsizlik hərəkətinin təminatı üzrə işləri təşkil edir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edir. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərini təhlil edir, onların qarşısının alınması üçün, tədbirlər işləyib hazırlayır və həyata keçirir. İşlərin daşınması üçün tabe təşkilatları müvafiq nəqliyyatla təmin edir. Nəqliyyat vasitələrinin işinin, habelə onların mövcud sayının, daxil olmasının və yerdəyişməsinin operativ uçotunun aparılmasını təmin edir. Əməyin elmi təşkilini, yükləmə-boşaltma və nəqliyyat işlərinə tətbiq olunması üzrə iş aparır. Kollektiv və fərdi müqavilələrin işlənib hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.