Plan-xəbəredici təmir sahəsinin rəisi təsərrüfat hesabının tətbiqini təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda plan-xəbəredici təmir sahəsinin rəisi istehsal olunan məhsulun ölçü vahidinə sərf olunan əmək haqqı fondunun azaldılmasını təmin edir. Sahə üzrə əməkhaqqı və mükafatların miqdarını yoxlayır və razılaşdırır. Briqada və ayrı-ayrı işçilərin əmək iştirakının əmsallarının müəyyən edilməsində iştirak edir. Ayrı-ayrı işçilərin mükafatlandırılması üçün təkliflər hazırlayır. Əlverişli əmək şəraitinin yaradılmasını, istehsalat mədəniyyətinin yüksəldilməsinin, iş vaxtından səmərəli istifadə olunmasını, işçilərin əmək və istehsalat intizamına riayət etməsini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyasının qaydalarının Yerinə yetirilməsi üzrə tədbirlərin keçirilməsini və onlara riayət olunmasına nəzarəti təmin edir. Sahədə texniki vasitələrin, qiymətli malların və digər dəyərli materialların qorunmasını təmin edir. Sahənin işçilərinin, əmək mühafizəsi üzrə norma və qaydalarına aid, biliklərinin vaxtaşırı yoxlanmalarında iştirak edir, xüsusi keyim və mühafizəedici vasitələrin vaxtlı-vaxtında alınması və istifadəsinə nəzarət edir. Sahədə baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak edir.