Qruntların sıxlaşdırılmış, bərkidilmiş və armaturlanmış massivlərinin, həmçinin batma qalınlığının tam kəsilərək keçilməsində svay və dərinə qoyulmuş bünövrələrin yükdaşıma qabiliyyəti və ölçüləri onları əhatə edən qruntların öz çəkilərindən yaranan mənfi sürtünmə qüvvələrindən əmələ gələn əlavə yüklər nəzərə alınmaqla təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batmaya görə II növ qrunt şəraitindən I-yə keçid qruntların əvvəlcədən isladılaraq sıxlaşdırılması, həmçinin dərin partlayışlar, o cümlədən əlavə 9 üzrə yerinə yetirilən əlavə yeraltı mərtəbələrin yaradılması, batan qruntun qalınlığının hissə-hissə kəsilərək götürülməsi yolu ilə həyata keçirilməlidir.