Unikal bina və qurğular, həmçinin layihələndirmə və istismar praktikasında əvvəllər müvəffəqiyyətlə tətbiqi olmayan yeni prinsipal konstruktiv həllər tətbiq edildikdə I və II məsuliyyət səviyyəli obyektlərin batmaya görə II növ qrunt şəraitində layihələndirilməsi və tikilməsi ixtisaslaşmış elmi-tədqiqat təşkilatları tərəfindən işlənilmiş xüsusi texniki şərtlər əsasında yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
DÜİST 27751-ə müvafiq məsuliyyət dərəcəsi I və II olan bina və qurğuların batan qruntlarda layihə sənədlərinin hazırlanma prosesində aşağıdakılara nəzarət nəzərdə tutulmalıdır:
– mühəndis-geoloji axtarışların yerinə yetirilməsinin kifayət etməsinə və onların nəticələri əsasında qəbul olunan nəticə və tövsiyələrin əsaslandırılmasına;
– konstruktiv sxemlər üzrə qəbul olunan texniki həllər, əsasın hazırlanması üsulları, istifadə olunan hesablama modelləri və proqram kompleksləri və s daxil olmaqla yerinə yetirilmiş layihə sənədlərinə.