Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.
Heftelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.
Əlavə məlumat olarsa bildiriləcək.