Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vemiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Heftelik.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində məktəbin həyətində 0.5 kv.m. sahədə taxta qırıntıları yanıb.

Məsələ ilə bağlı məktəbdən bildirilib ki, 21.02.2024-cü il tarixində 17 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınmayıb:

“Məktəbin həyətində tullantılar yandırıldığı zaman tüstünü hiss edən sakinlər məktəbdə yanğın ehtimalından narahat olublar”.