Batan QRUNT

21 Fevral 2024, 10:00

Batan qrunt qrunt nəmliyinin müəyyən səviyyəsindən yuxarı artması nəticəsində onun möhkəmliyini itirməsi və xarici yüklərin xüsusi çəkisindən əlavə sıxlaşması (qruntun batması) ilə müşayiət olunan strukturu dayanıqsız gil (lösvari) qruntudur.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Batma qalınlığı batan qruntun təbii səthindən və ya planlaşdırma səviyyəsindən batmayan qruntun üstünə qədər olan laydır. Yer səthinin (dağ süxur massivinin) yerdəyişməsi dağ-mədən işlərinin aparılmasından yer səthinin təbii müvazinətinin pozulması nəticəsində onun (dağ-mədən sahə massivinin) deformasiyaya uğraması və yerdəyişməsidir.