Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına müasir çağırışlara uyğun olaraq ədliyyə sisteminin strateji inkişafının prioritet istiqamətlərinə və hədəflərinə, habelə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasına dair təkliflər vermək, nazirliyin fəaliyyət istiqamətləri üzrə ədliyyə sahəsində strateji planlaşdırmanı həyata keçirmək, təhlillər və ümumiləşdirmələr aparmaq, o cümlədən beynəlxalq mütərəqqi təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər hazırlamaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Nazirliyin icrasına məsul olduğu strategiyalar, dövlət proqramları, milli fəaliyyət planları və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların icrasının təmin edilməsinə dair hesabatların hazırlanmasını təşkil etmək də bu vəzifələr sırasındadır.