Mürəkkəb formalı bina və qurğular deformasiya tikişləri ilə düzbucaqlı və ya ona yaxın sadə formalı hissələrə bölünməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Hissənin hüdudlarında bina və qurğuların hündürlüyü eyni, hissənin uzunluğu isə batma deformasiyaların hesablama qiymətlərindən, qəbul olunan konstruktiv sxemdən, bina və qurğuların istismarı üzrə texnoloji tələblərdən asılı olaraq hesablama ilə qəbul olunmalıdır.