Sonlu elementlərlə hesablanmaların istifadəsi ilə yuxarıda göstərilən qeyri-xətti amillərin hesaba alınması mümkün olmadıqda qurğuların konstruksiyalarının ədədi metodlarla hesablanmasının istifadəsinə və qrunt massivlərin gərginlikli-deformasiya vəziyyətlərinin qiymətləndirilməsinə əsaslanan mühəndis metodlar tətbiq olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Göstərilən metodlar konstruksiya və əsasın qarşılıqlı əlaqəsinin yazılışı üçün – “kontakt” modellərinin və konstruksiyanın səthlərində qüvvələri müəyyən etmək üçün isə – inşaat mexanikasının metodlarının istifadəsinə əsaslanmışdır. Bu halda istifadəyə təklif olunan hesablama modeli ərazi işlənməsində əsasın deformasiyası nəticəsində  mövcud bina və ya qurğunun çökməsinin müşahidə nəticələri olan misalında həqiqiliyi təsdiq olunmalıdır.