Əsaslı tikinti şöbəsinin rəisi öz idarəsinin əsaslı tikinti üzrə tapşırıqları yerinə yetirilməsini, əsas fondların və istehsalat işçilərinin istifadəyə qəbul olunmasını, öz idarəsinin kapital qoyuluşunun səmərəli istifadə edilməsini və effektivliyinin artırılmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əsaslı tikinti şöbəsinin rəisi öz idarəsi üçün tikilən obyektlərin planlaşdırmasını və maliyyələşdirilməsini təşkil edir. Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət edir. Öz idarəsinin əsaslı tikinti və layihə-axtarış işləri üzrə illik və perspektiv planlarını işləyib hazırlayır. Öz idarəsinin obyektləri üçün titul siyahılarını tərtib və müəyyən olunmuş qaydada təsdiq edir. Öz idarəsinin, tikintisi nəzərdə tutulan, obyektləri üçün layihə-smeta sənədlərini tərtib etmək məqsədi ilə layihə təşkilatları ilə müqavilə bağlayır. Layihə-smeta sənədlərinin ekspertizasını keçirir və onları təsdiq edir. Tikinti-quraşdırma işlərin yerinə yetirilməsi üçün podratçı tikinti-quraşdırma təşkilatları ilə müqavilələr bağlayır.