Əgər korrespondensiyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq edən bildirişin verilməsi şərti ilə sifarişli məktubla göndərilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Bu halda çatdırılmanın təsdiqi üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq barədə arayışını təqdim etmək kifayətdir.