Layihə-smeta bürosunun (qrupunun) mühəndisi yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qifmətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda layihə-smeta bürosunun (qrupunun) mühəndisi layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlayır. Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır. Təsdiq edildikdlən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir. Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim edir. Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir. Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlayır. Onların arxivdə mühafizəsini təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir.