Batan qruntlarda layihələndirilən bina və qurğuların konstruksiyalarının gərginlikli-deformasiya vəziyyətləri onların əsas ilə birlikdə hesablanmaları əsasında müəyyən olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Əsasın deformasiyaya uğramasının hesablama sxemləri seçildikdə hesablanmanın yerinə yetirilməsində aşağıdakı metodlardan birinin tətbiqinə yol verilir:

  1. a) qrunt massivinin batma deformasiyalarını modelləşdirməyə və bünövrə konstruksiyası ilə deformasiyaya uğramış, o cümlədən svaylı əsasın qarşılıqlı əlaqəsini nəzərə almağa imkan verən lisenziyalı kompüter proqramlarının köməyi ilə riyazi modelləşdirmədən istifadə etməklə;
  2. b) layihələndirmə praktikasında yoxlamadan keçmiş eksperimental tədqiqatların nəticələrinə əsaslanan və normativ sənədlərlə tövsiyə olunan qapalı həllərdən və empirik düsturlarından istifadə etməklə.