Trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin (və ya ona bərabər tutulan təşkilatın) rəisi tikinti təşkilatlarının və ya onların bölmələrinin bütün fəaliyyətlərinə, dövlət müəssisələri (birlikləri) haqqında qanuna əsasən, rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin (və ya ona bərabər tutulan təşkilatın) rəisi istehsalat bölmələrinin və xidməti təsərrüfatın işini və qarşılıqlı səmərəsini təşkil edir, onların fəaliyyətini tikinti istehsalının təkmilləşdirilməsinə və yüksək inkişaf tempinin əldə edilməsinə, onun dünya səviyyəsi-nə uyğun olmasına, əmək məhsuldarlığının hərtərəfli yüksəldilməsinə, istehsalın səmərəliliyinə və təsərrüfat mexanizminin təkmilləşdirilməsinə, işin keyfiyyətinə, qabaqcıl texnika və texnologiyanın geniş tətbiqinə, əməyin, istehsalın və idarəetmənin elmi təşkilinə yönəldir.
Qəbul, edilmiş kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən, təşkilat tərəfindən, əsaslı tikinti üzrə tapşırıqların, habelə dövlət büdcəsi, Sifarişçi və banklar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edir.