Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar sərasındadır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Bu əsaslar sırasında həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi də əksini tapıb.