Smeta-müqavilə şöbəsinin rəisi sifarişçi, subpodrat və digər təşkilatlarda əsaslı tikinti üzrə podrat müqavilələrin bağlanması üçün hazırlıq və rəsmiləşdirmə işlərinə rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda smeta-müqavilə şöbəsinin rəisi bağlanmış müqavilələrə uyğun, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə aid siarişçi və subpodrat təşkilatlarla aparılan .hesabatların düzgünlüyünə nəzarəti təşkil edir. Sifarişçinin təqdim etdiyi smeta sənədlərinin materiallarının dəyərinin kalkulyasiyasını, nəqliyyat sxemlərinin və digər sənədlərinin yoxlama və razılaşdırma üzrə işlərinə rəhbərlik edir. Digər şöbələrin iştirakı ilə, tikinti material və konstruksiyaları, nəqliyyat, kommunal və başqa xidmətlər üzrə işlərə plan-hesablama qiymətlərinin tərtib olunma, habelə tikinti təşkilatlarının müəssisələrində hazırlanmış məmulatların buraxılış qiymətlərinin müəyyənləşdirmə işlərini təşkil edir. İqtisadiyyatın təhlili laboratoriyası ilə birlikdə, yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici təklif və ixtiraların iqtisadi efektliyinin hesablanmasında iştirak edir.

Sifarişçi, subpodrat və ya mal göndərən təşkilatlar tərəfindən müqavilə öhdəlikləri pozulduğu hallarda, peni və cərimələrin tutulmasına aid iddia işini təşkil edir.