Qruntun öz çəkisindən batması zamanı nələrin yerinə yetirilməsi zəruri olduğu müəyəynləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Qruntun öz çəkisindən qiyməti m olan batmasının təsirindən bina və qurğuların konstruksiyalarında qüvvələr müəyyən olunduqda aşağıdakıların yerinə yetirilməsi zəruridir:
- a) şaquli (batma – , onların nisbi fərqləri – və s.) və üfüqi yerdəyişmələrdən konstruksiyalarda eyni vaxtda yaranan hesablama qüvvələrini cəm şəklində qəbul edərək üfüqi və şaquli yerdəyişmələrin birgə təsirinə hesablanmanın yerinə yetirilməsi;
- b) əsasın səthinin ayrı-ayrı deformasiya növlərinin öz maksimal qiymətlərinə çatması eyni zamanda konstruksiyada bu növ deformasiyalardan eyni işarəli qüvvələr yarandıqda (qüvvələr toplanır) bu deformasiyadan iki qüvvə yaranırsa düstur (6.4) ilə və üç qüvvə yarandıqda isə düstur (6.5) ilə cəmlənməlidir:
burada , , – əsasın səthinin müxtəlif növ deformasiyalarından (məsələn, batma zamanı şaquli və üfüqi yerdəyişmələrdən, həmçinin seysmik təsirlərdən, sürüşmələrdən və s.) yaranan qüvvələrdir.