Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı azadlığa buraxılıb.
Heftelik.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.
Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib ki, Ermənistan Kamil Zeynallını 2020-ci il 29 sentyabr tarixində, yəni 27 sentyabr – Vətən müharibəsi başlayandan iki gün sonra axtarışa verib.
Vəkilin sözlərinə görə, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135, 147-ci maddələri ilə ittiham olunub. Kamil Zeynallı gecə saatlarında şübhəli şəxs qismində 48 saatlıq həbs olunub.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib ki, həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib. Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.