Plan-xəbəredici təmir sahəsinin rəisi səmərələşdirmə və ixtiraçılıq üzrə işlərə rəhbərliyi yerinə yetirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda plan-xəbəredici təmir sahəsinin rəisi ixtira və səmərələşdirici təkliflərin işlənib hazırlanmasına və tətbiqinə lazımi köməklik edir. Sahədə mütərəqqi təcrübələrin yayılmasına şərait yaradır. Kollektiv və fərdi müqavilələrin işlənib hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.

Plan-xəbəredici təmir sahəsinin rəisi sahənin istehsalat-təsərrüfat fəaliyyətinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən. rəhbər tutulan metodiki, normativ sənədlərini; sahədə plan-xəbərdaredici təmir və təmir xidmətinin təşkili və texnologiyasını; sahənik balansında olan inşaat-yol maşınlarının, mexanizmlərin və onların sistemlərinin quruluşunu, texniki istismar xarakteristikalarını, konstruktiv əlamətlərini; təmir işlərinin planlaşdırma qayda və üsullarını; avadanlıqların təmiri, quraşdırılması və sınaqdan keçməsi üzrə texniki şərtləri; iqtisadiyyatın, habelə istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını; planlaşdırmanın əsaslarını, təsərrüfat hesabının, normalaşdırmanın üsullarını, əmək haqqı sistemlərini və maddi həvəsləndirmənin formalarını; inşaat maşın və mexanizmlərinin texniki xidməti və təmiri üzrə mütərəqqi təcrübələri; texniki sənədlərin, uçot və hesabatın növ və formalarını, onların tərtibat qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.