Yükvurma-yükboşaltma işləri sahəsinin rəisi rəhbərliyi və sahənin işinin operativ planlaşdırmasını yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yükvurma-yükboşaltma işləri sahəsinin rəisi yüklərin yüklənmə və boşaldılması üzrə tapşırıqlarının yerinə yetirilməsini, istehsalat meydançalarının və yükvurma-yükboşaltma vasitələrinin səmərəli istifadəsini təmin edir. Məhsulun boşaldılma yerinə qədər olan keçid yollarının və eləcə də daxil olan məhsulların yığılması üçün meydançaların saz vəziyyətdə saxlanmasını təmin edir.
Materialların qəbulu üzrə təlimatın tələblərinə müvafiq, daxil olan məhsulların boşaldılmasını, fasiləsiz qəbulunu, eləcə də yarımfabrikat, tədarük, material və digər məhsulların yüklənməsini təmin edir. Məsul şəxslər tərəfindən, məhsulların qəbulu və yolasalınması üzrə sənədlərinin düzgün tərtib olunmasını təmin edir.