Sosial inkişaf şöbəsinin rəisi istehsalat kollektivi, üzvələrinin fiziki və mənəvi inkişafını təkmilləşdirmək üçün, kompleks sosial-iqtisadi tədbirləri etməklə, sosial tədbirlərin maddi bazasının inkişafını və ondan daha yaxşı istifadə olunmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda sosial inkişaf şöbəsinin rəisi istehsalat kollektivində əlverişli psixoloji mikroiqlimin yaranması, sosial inkişaf üzrə, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, işçilərin yaradıcılıq fəallığının yüksəldilməsi və kadr axınının qarşısının alınmasında iştirak edir. Kollektivin sosial inkişafının problemlərinə aid sosal-iqtisadi tədqiqatların aparılmasını təşkil edir. Sosial-iqtisadi məlumatların toplanması və hazır şəklə salınmasına aid metodikaları işləyib hazırlayır və realizə edir. Kollektivin sosial inkişafı üzrə kompleks planlarının təşkilində iştirak edir və onların hazırlanmasına metodiki rəhbərlik edir.