İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) operativ-istehsalat şöbəsinin rəisi tikinti-quraşdırma işlərinin yerinə yetirilmə qrafikinə uyğun obyektlərin, yığma goıstruksiyalarının, düyün detallarının, məmulatların, yarımfabrikatların və materialların texnoloji komplektləri ilə təmin olunmasına rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) operativ-istehsalat şöbəsinin rəisi qeyri-tipləşdirilmiş və qeyri-seriyalı konstruksiya, məmulat, düyün, yarımfabrikatların hazırlanması, habelə materialların texnoloji hazırlığının yüksəldilməsi üzrə istehsalın təşkilində iştirak edir. Texnoloji komplektlərin daxil olmasının gedişinin və hazır məhsul ehtiyatlarının hərəkətinin operativ uçot və nəzarətini təşkil edir.  Texnoloji komplektlərin daxil olmasının operativ nizamlanmasını, İTKİ-nin istehsalat müəssisələri tərəfindən məhsulların istehsalını təmin edir, komplektləşdirmə, konteynerləşdirmə, nəqliyyat daşınmaları, yükləmə-boşaltma işləri üzrə İTKİ-nin bölmələrinin fəaliyyətini əlaqələndirir.