İşlənmiş ərazilərdə tikilməsi nəzərdə tutulan bina və ya qurğunun layihəsinə əlavə edilən xüsusi pasportda nələrin əksini tapmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə tikilməsi nəzərdə tutulan bina və ya qurğunun layihəsinə aşağıdakıların göstərilməsi zəruri olan xüsusi pasport əlavə olunmalıdır:
– konstruktiv sxeminin, tikinti və istismar vaxtı mühafizə tədbirlərinin, həmçinin yol verilməyən deformasiyaların yarandığı hallarda binanın düzəldilmə metodlarının qısa izahı;
– yer səthinin deformasiyalarının proqnozlaşdırılmış qiymətləri və qrunt əsasın fiziki-mexaniki xarakteristikaları haqqında məlumatlar;
– yer səthinin, bina və ya qurğuların deformasiyalarının instrumental müşahidələri daxil olmaqla, geotexnik monitorinqin təşkili və aparılması göstərişləri;
– bina və ya qurğu istismara təhvil verildikdə instrumental müşahidələrin nəticələri haqqında məlumatlar;
– yer səthinin, bina və qurğuların çökməsi müşahidələrində istifadə oluna biləcək tərpənməz dayaq reperlərin yerləşmə planı;
– monitorinqin nəticələri əsasında alınan informasiyalar üzrə buraxıla bilməyən deformasiyaların yaranması haqqında xəbərdarlıq edən vasitələr.
Pasport istismar edən təşkilatda saxlanılmalıdır.