Smeta-müqavilə şöbəsinin rəisi öz idarəsi üçün inşa edilən obyektlərin maliyyələşdirilməsinin rəsmiləşdiirilməsində iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda smeta-müqavilə şöbəsinin rəisi Tikinti təşkilatının fəaliyyəti haqqında plan şöbəsi və mühasibatlığın təqdim etdiyi hesabatın hazırlanmasında iştirak edir. Qiymətlərin dəyişilməsi ilə əlaqədar smeta sənədlərində müvafiq dəyişiklər edir. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinik yerinə yetirilməsində iştirak edir.

Smeta-müqavilə şöbəsinin rəisi trestin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri; podrat müqavilələrin bağlama qaydalarını, smeta işini, tikintilərin maliyyələşdirmə qaydalarını, tikintidə qiymətqoymanı, tikinti istehsalatının texnologiyasının əsaslarını; iqtisadiyyatın və istehsalatın və idarəetmənin təşkilinin əsaslarını bilməlidir.