Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəllədə əksini tapıb.
Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.