İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin mexaniki inşaat maşın və mexanizmlərinin köçürülməsi üzrə saə rəisinin müəyyən etdiyi tapşırıqların icrasını, layihə sənədlərinə, Tİ və Q-a, texniki şərtlərə riayət etməklə, təmin və nəzarət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda inşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin mexaniki Texnikanın əsaslı köçürülməsi üzrə nəqliyyat sxeminin və hərəkət marşrutlarının işlənib hazırlanmasında iştirak edir. Maşın və mexanizmlərin köçürülməsi üzrə işlərin həcmindən və müddətindən asılı olaraq, ustalar ilə birlikdə briqada və manqaları tərtib edir, icra olunmuş işləri qəbul edir. Perspektiv planların, habelə quraşdırma işlərinin yaxşılaşdırılması və inşaat maşın mexanizmlərinin köçürmə müddətinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Nəqliyyat vasitələrinə texnikanın yüklənmə və bərkidilmə sxemlərini işləyib hazırlayır və onların müvafiq səviyyələrdə razılaşdırır.