Sosial inkişaf şöbəsinin rəisi maddi və mənəvi həvəsləndirmənin formalarının, kadrların seçilmə, yerləşdirmə və tərbiyəetmə sistemlərinin təkmilləşdirməsində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda sosial inkişaf şöbəsinin rəisi vaxtaşırı müxtəlif qrup işçilərin arasında anketləşdirmənin keçirilməsini təşkil edir. Anketləşdirmənin nəticələrinin təhlilini keçirir və sosial məsələlər üzrə tədbirlər hazırlayır. Kollektivin sosial pasportunun göstəricilərini işləyib hazırlayır. Kollektivdə sosioloji və psixoloji bilikləri təbliğ edir, bölmə rəhbərlərini, kadr xidməti işçilərini təlimatlandırır. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsi, habelə nəticələrinin yekunlaşdırılmasında iştirak edir. Əmək kollektivlərinin sosial inkişafı üzrə, tədbirlərinin sosial və iqtisadi səmərəliliyinin təhlilini keçirir.