İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) operativ-istehsalat şöbəsinin rəisi məhsulun hazırlanması məntəqələrində və tikinti meydançalarında İTKİ-nin dispetçer xidmətinə operativ rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) operativ-istehsalat şöbəsinin rəisi İTKİ-nin istehsalat bölmələri tərəfindən istehsal olunan məhsulun həcminin, konstruksiya, məmulat, material, düyünlər və tədarüklər ilə komplekt şəkildə təchiz olunma işi üzrə qrafiklərin yerinə yetirilməsinin operativ uçotunu təmin edir, sutka, həftə (on gün), ay ərzində görülən işlər haqqında məlumat hazırlayır və müvafiq xidmətlərə çatdırır. Obyektlərin tikinti materialları və alətlərinə material-texniki təchizatı üzrə illik və rüblüg planlarının hazırlanmasına rəhbərlik edir və onların icrasını təşkil edir. Subpodrat təşkilatlarına və tikinti sənayesinin müəssisələrinə lazımi fondları verir. Komplektləşdirmə üzrə unifikasiya edilmiş normativ-texnoloji sənədləri istehsalatın hazırlığı şöbəsindən qəbul edir və komplektləşdirmə-texnoloji xəritələrin İTKİ-nin komplektləşdirmə şöbəsinə verir. İTKİ-də yeni texnikanın tətbiq olunması, səmərələşdirmə və standartlaşdırma üzrə işləri təşkil edir. İTKİ-də yeni texnikanın tətbiq olunması, səmərələşdirmə və standartlaşdırma üzrə işləri təşkil edir. İTKİ-nin öz gücü ilə təmir işlərinin yerinə yetirilməsini təşkil edir, İTKİ-nin yardımçı istehsalatında və anbar bazasında tikinti materiallarının düzggün silinməsinə nəzarət edir. İTKİ-də material ehtiyatlarının qənaət edilməsi, xammal, material və yanacaq-enerji ehtiyatlarından səmərəli istifadə olunması üzrə işlərinə rəhbərlik edir. Xammal, material və yanacaq-enerji ehtiyatlarının sərf olunması üzrə lazımi statistik hesabatların tərtib olunmasını təmin edir. Kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.