Batan qruntlarda layihələndirilən bina və ya qurğunun layihəsinə nələrin göstərilməklə xüsusi pasport əlavə edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batan qruntlarda layihələndirilən bina və ya qurğunun layihəsinə aşağıdakılar göstərilməklə xüsusi pasport əlavə olunmalıdır:
– konstruktiv sxemin qısa izahı, əsasın yol verilən həddi deformasiyaları və qurğunun normal istismarını təmin edən tədbirlərin layihədə qəbulu;
– obyektin tikinti prosesində və onun istismara verilməsinin birinci ilində geotexnik monitorinqin yerinə yetirilməsi üzrə göstərişlər;
– liftlərin, kranaltı yolların və digər nəqliyyat yollarının qeyri-bərabər deformasiyalarının baş verməsi hallarında üfüqi və şaquli vəziyyətlərinin düzəldilməsi üzrə tövsiyələr;
– tikinti ətrafında mövcud obyektlər, xətlərinin ayrı-ayrı sahələrində qəza ayırmaları üçün qapayıcı (bağlayıcı) qurğuların yerləşmə yerləri qeyd edilməklə mövcud və layihələndirilən mühəndis kommunikasiya (su xətti, kanalizasiya, su novları, istilik xətləri və s.) xətləri göstərilən məhəllə tikintisinin və ya yeni qurğunun tikinti meydançasının sxemi.