Muldanın yerdəyişmə nöqtələrinin əyrilməsi (əyrilmə) tərəfləri plastın boyuna paralel və perpendikulyar olan kvadratın düz (deformasiyaya qədər) bucağının dəyişmə kəmiyyətidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Plastın boyuna istiqamətdə və verilmiş istiqamətdə dəyişmə kəmiyyətləri fərqləndirilir.

Muldanın yerdəyişmə nöqtələrinin burulması (burulma) – deformasiyaya qədər kvadrat sahənin paralel mailliklərinin fərqinin onun tərəflərinə nisbəti. Yatma istiqamətində burulma hesablandıqda x və y yerdəyişmələrinə görə çökmə funksiyasının ikinci törəməsi kimi təyin olunur (burada x – plast boyu üzrə baxılan nöqtədən çarpaz istiqamətdə muldanın baş kəsiyinə qədər məsafədir; y – plast boyu çarpaz istiqamətdə baxılan nöqtədən plast boyu üzrə muldanın baş kəsiyinə qədər məsafədir). Plast boyu çarpaz istiqamətdə və verilmiş istiqamətdə burulma fərqləndirilir.