Tikilməkdə olan müəssilərin müdriyyəti (direktor) investisiya proseslərinin, digər sahələrdə birlikdə tikinti kompleksinin, təhsil, səhiyyə, mənzil, kommunal, mədəni-məişət təyinatlı sahələrin bazasının istehsal gücünün işə sapınmasına dair tapşırıqları yeri nə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikilməkdə olan müəssilərin müdriyyəti (direktor) mütərəqqi texnologiyanın, avadanlıqların, materialların və konstruksiyaların, istehsalatın, əməyin və idarəetmənin təşkilinin qabaqcıl metodlarının geniş tətbiqi əsasında tikinti təşkilatlarının layihə-smeta sənədləri ilə təmin olunmasını təşkil edir. Kapital (əsaslı) qoyuluşunun səmərəliliyinin yüksəldilməsində və investisiya dövriyyəsinin azaldılmasında iştirak edir. Mövcud ümumdövlət təchizat və təminat sistemini nəzərə almaqla, obyektlərin tikintisinin texnoloji, elektrotexniki, enerjetik avadanlıqlar və aparatlarla təmin olunmasını təşkil edir. Təsdiq olunmuş layihə-smeta sənədlərinə müvafiq obyektlərin tikintisinin gedişinə və yerinə yetirilən işlərin keyfiyyətinə nəzarəti və texniki nəzarəti həyata keçirir. Podrat təşkilatların menecer üsulu və ya satınalmaların keçirilməsi yolu ilə tikintiyə cəlb olunmasını təşkil edir. Perspektiv və illik əsaslı tikinti planlarının işlənməsində iştirak edir, onların qəbul olunmuş qaydada razılaşdırılmasını təmin edir. Tikintilərin titul siyahılarının qəbul olunmuş qaydada işlənməsində iştirak edir. Gələcək işlərin tikintisi üçük layihə-smeta axtarış işlərinin planlarının formalaşdırılmasını həyata keçirir.