Yükvurma-yükboşaltma işləri sahəsinin rəisi anbardarlar, takelajçılar, yükdaşıyan fəhlələr (ekspeditorlar) və tabeliliyində olan digər heyyətin işinə rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yükvurma-yükboşaltma işləri sahəsinin rəisi istehsalat-komplektləşdirmə bazasına daxil olan yüklərin vəziyyətini, həcmini və növünü yoxlayır. Sahənin anbarından materialların bir dəfə buraxılması və eləcə də material və məmulatların tikinti obyektlərinə çatdırılması üçün elektron əmtəə-nəqliyyat qaimələrinin tərtib olunmasında iştirak edir. Anbar təsərrüfatının səmərəli təşkilini, material-texniki ehtiyatların yerləşdirilməsi və saxlanmasını, eləcə də yüklərin müəyyən edilmiş müddətdə yola salınmasını təşkil etmək məqsədi ilə, avtonəqliyyatın istifadəsi üçün vaxtlı-vaxtında sifarişlərin verilməsini təmin edir. Yük qaldıran maşın və mexanizmlərinin təmiri üçün sifarişlər tərtib edir.
Yükvurma-yükboşaltma işlərinin texniki inkişafının və avadanlıqların modernləşdirilməsinin planlaşdırılmasında, avadanlıqların vaxtından tez korlanma hallarının və qəzaların səbəblərinin araşdırılmasında iştirak edir, onların yol verilməməsinə aid tədbirlərin işləyib-hazırlanmasını təmin edir.