Tikilməkdə olan müəssilərin müdriyyəti (direktor) qanunauyğun şəkildə əmlak və vəsaitlərə rəhbərlik edir, müqavilələr bağlayır, tikintinin maliyyələşdirilməsi üzrə banklarda hesabların açılmasına və bağlanmasına başçılıq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikilməkdə olan müəssilərin müdriyyəti (direktor) işçiləri işə qəbul edir, onları işdən azad edir və onların cəzalandırılması və ya mükafatlandırılması üçün müəyyən tədbirlər görür. Məhkəmələrdə, dövlət və ya arbitraj orqanlarında işlərin araşdırılmasında iştirak edir, Müxtəlif tikililərin, anbarların, digər əmlakların icarəyə verilməsinə və götürülməsinə, qanunla qəbul edilmiş qaydada və həddə əmlakın və material sərvətlərinin realizasiyasına başçılıq edir.
Tikilməkdə olan müəssilərin müdriyyəti (direktor) tikintinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; investisiya qanunlarını; tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini; tikinti istehsalının texnologiyasını, podrat müqavilələrin bağlanması və icrası qaydalarını; təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; istehsalatın, əməyin, idarəetmənin təşkilini və iqtisadiyyatını, tikinti istehsalının texnologiyasını, təşkilini və idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə, istehsalat sanitariyasının norma və qaydalarını bilməlidir.