İşlənmiş ərazilərdə və batan qruntlarda geotexnik monitorinq bina və qurğuların tikintisinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla DQT 5.01-102 və DÜİST 31937-yə müvafiq aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə bina və qurğuların konstruksiyalarının hesablanmaları dağ-mədən qazmaları və buruq quyuları işlənilmiş ərazilərdə yer səthinin yerdəyişmələrinə aparılmış müşahidələrin statistik işlənmələrinə əsaslanan analitik metodlar tətbiq etməklə və (və ya) qrunt massivinin deformasiyalarını proqnozlaşdırmağa imkan verən və qurğunun onun bünövrə konstruksiyası və deformasiyaya uğrayan əsası ilə qarşılıqlı əlaqəsini nəzərə alan müasir kompüter proqram vasitələri istifadə etməklə yerinə yetirilməlidir.
Hesablanma üçün ilkin məlumatlar aşağıdakılardır:
– yeraltı dağ-mədən qazmalarının həndəsi parametrləri (massivdə yerləşmə dərinliyi, forma və ölçüləri);
– işlənmiş ərazilərdə tikilən və ya mövcud olan binaların (qurğuların) yeraltı hissəsi və bünövrə konstruksiyası da daxil olmaqla konstruktiv həllər və konstruksiyanın inşaat materiallarının fiziki-mexaniki xassələri;
– yeraltı dağ-mədən işlərinin aparılma metodu (texnologiyası), istifadə olunan avadanlığın növü və onun xarakteristikaları;
– işlənməsinə qədər ixtisaslaşmış təşkilatların yerinə yetirdiyi hesablamaların və naturada ölçmələrin nəticələri nəzərə alınmaqla qiymətləndirilən yerin relyefi və dağ süxur massivinin gərginlikli vəziyyəti haqqında məlumatlar;
– dağ-mədən süxur massivinin quruluşu, kəsik üzrə yeraltı dağ-mədən qazmalarının aşağı səviyyəsindən az olmayan dərinliyə qədər süxur massivini əmələ gətirən və təsiri qurğunun hesablanmasında nəzərdə tutulan süxur və qruntların fiziki-mexaniki xassələri haqqında məlumatlar;
– bina və ya qurğunun tikilməsinin müvəqqəti ardıcıllığı və işlənməsi tələb olunan yeraltı dağ-mədən qazmaları qurğusu haqqında məlumatlar.