Əsaslı tikinti şöbəsinin rəisi şöbənin işçilərinin məqsədəuyğun istifadə edilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əsaslı tikinti şöbəsinin rəisi satınalmaların təşkili və keçirilməsi üçün müvafiq sənədlərin hazırlanmasında iştirak edir. Üstün inkişaf etmiş ərazilərdə tikinti obyektlərinin inşa olunmasına aid təkliflər verir. Kollektiv müqavilələrin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Əsaslı tikinti şöbəsinin rəisi kapital qoyuluşların maliyyələşdirilmə qaydalarını, tikinti norma və qaydalarını, əsaslı tikintiyə aid layihə-smeta və digər texniki sənədlərin işləyib hazırlama, uçotun aparılması və hesabatların tərtib olunması qaydalarını, təsərrüfat müqavilələrinin bağlanma və yerinə yetirilmə qaydalarını, tikinti sahəsi üzrə mütərəqqi təcrübələri və elmi-texniki nailiyyətləri; tikinti istehsalatının iqtisadiyyatını, təşkilini və planlaşdırmasını, əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını bilməlidir.