Əsasın modelinin seçilməsi üçün əsas modelinin xətti-elastik sistemi şəklindən istifadə edilərək hesablama aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Əsasın üfüqi deformasiyalarının təsirindən bina və qurğuların yükdaşıyan konstruksiyalarında yaranan qüvvələr binanın (qurğunun) konstruktiv xüsusiyyətlərindən, bünövrənin qoyulma dərinliyindən, qruntla təmas sahəsindən, əsas qruntunun fiziki-mexaniki xassələrindən, o cümlədən ərazi işlənmə prosesində onların dəyişmələrindən, aşağıdakılar nəzərə alınmaqla təsir edən yüklərdən asılı olaraq müəyyən olunmalıdır:
- a) bünövrənin dabanı üzrə üfüqi yerdəyişdirici qüvvələr və ya sürüşmə tikişi üzrə sürtünmə qüvvələr (bu normaların 5.5.11-ci yarımbəndinə və cədvəl 5.6-ya bax);
- b) bünövrənin yan səthləri üzrə üfüqi yerdəyişdirici qüvvələr;
- c) bünövrənin ön səthlərinə yerdəyişən qruntun normal təzyiqi.