Memar daha məqsədəuyğun qənaətli layihə həllinin axtarışı üzrə tədqiqat işinin aparılması və onun eksperimental yoxlanmasında iştrak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda memar mütərəqqi konstruktiv həllin aşkar edilməsi üçün, müxtəlif variantlar işləyib hazırlayır Layihənin digər hissələri ilə memarlıq hissəsinin uzlaşdırmasını, lazımi texniki sənədlərin komplektliyini, layihələndirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir. Layihələrin müvafiq icra hakimiyyəti və ekspertiza orqanlarında baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir. Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.