Dünən biz “Qarabağ” havasında olmuşuq.
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, dünən UEFA-nın rəsmi saytında Qurban Qurbanovun tarix dərsliyi üçün çıxışı manşet başlığıyla getdi: “Bütün iş adamlarına müraciət edirəm. İdman ən böyük siyasətdir. Bu, kinodan da daha üstündür. Biz idmanımızın, xüsusilə futbolumuzun inkişafı üçün onlara sponsorluq edən iş adamlarının vergi məsələsinə diqqət edək. Bu, çox vacibdir”.
Deputat xatırladıb ki, “Qarabağ” klubunun bugünkü Qarabağ olmasının əsl səbəbkarı bu Məclisdə oturan Aqil Abbasdır: “Bu kişilərin qədri bilinməlidir. Aqil Abbas son qəpiyinə kimi, evini də satıb kluba qoyub”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, dedikləriniz doğrudur: “Amma dövlət də idmanın inkişafına kifayət qədər diqqət edir”.