Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına nazirliyin kollegiya iclaslarının protokollarını aparmaq, qərarlarının, ədliyyə nazirinin təşkilati və digər aidiyyəti əmr və sərəncamlarının, nazirlik üzrə digər müvafiq sənədlərin layihələrini hazırlamaq, nazirliyin kollegiyasında qəbul edilmiş qərarların, habelə nazirlik üzrə əmr və sərəncamların icrasına nəzarəti həyata keçirmək, onların icra vəziyyətini mütəmadi olaraq ümumiləşdirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Nazirliyin iş planının layihəsini tərtib etmək, habelə onun icrasına nəzarət etmək, nazirliyin sisteminə daxil olan qurumların fəaliyyətinə dair hesabatlarının vaxtında təqdim edilməsinə, habelə onların tamlığına və keyfiyyətinə nəzarət etmək və nazirliyin sisteminə daxil olan qurumlarda icra intizamına əməl olunmasına nəzarət etmək də bu vəzifələr sırasındadır.