Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərini göndərməyə borcludur.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur. Müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o, ərizəçiyə qaytarılır.