Əsasın sıxılma qabliyyətinin dəyişkənlik dərəcəsi qruntun çevrilmiş deformasiya modulunun dərinlik üzrə ən böyük qiymətinin onun ən kiçik qiymətinə və ya əsasın şaquli deformasiyasının ən böyük qiymətinin onun ən kiçik qiymətinə nisbətidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Əsasın batan qruntlarının sıxılma qabliyyətinin dəyişkənlik dərəcəsi təbii nəmlikli batan qruntların (qurğunun planı hüdudlarında) deformasiya modulunun dərinlik üzrə ən böyük çevrilmiş qiymətinin qrunt tam su ilə doyduqda onun ən kiçik qiymətinə və ya əsasın maksimal şaquli deformasiyasının onun minimal qiymətinə nisbətidir.